Zakir Həsənov ABŞ və Rusiyanın hərbi liderləri ilə görüşüb

Zakir Həsənov ABŞ və Rusiyanın hərbi liderləri ilə görüşüb
16 Fevral 2017
Mətni dəyiş
Fevralın 16-da müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Joseph Dunford-un rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Abzas.net xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Zakir Həsənov ABŞ-la hərbi əlaqələrin uğurla inkişaf etdiyindən danışıb. O, iki ölkə arasında hərbi əməkdaşlıq, NATO proqramları çərçivəsində fəaliyyət və Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verilən töhfə haqqında bəhs edib.
Nazir bölgədəki hərbi-siyasi vəziyyətə də toxunub. Münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Xəbərdə qeyd edilir ki, Joseph Dunford isə Azərbaycanın Silahlı Qüvvələrində həyata keçirilən islahatlardan xəbərdar olduğunu söyləyib. Terrorizmlə mübarizədə, sülhməramlıların Əfqanıstandakı əməliyyatlarda iştirakını qeyd edib.
[caption id="attachment_24759" align="alignnone" width="800"] Joseph Dunford[/caption]
Görüşdə həmçinin, Xəzər dənizində təhlükəsizlik məsələlərinin, ölkələr arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsinin, treninqlərin keçirilməsinin və hərbi təhsil məsələlərinin müzakirə olunduğu bildirilir.
Joseph Dunford rusiyalı həmkarı ilə ikitərəfli görüşün Bakıda keçirilməsindən ötrü göstərilən səylərə, qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq da edib.
ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Joseph Dunford-un rəhbərlik etdiyi nümayəndə heyətini günün birinci hissəsi prezident İlham Əliyev də qəbul etmişdi.
Zakir Həsənov fevralın 16-da həmçinin, Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.
[caption id="attachment_24760" align="alignnone" width="606"] Valeri Gerasimov[/caption]
Z.Həsənov görüş zamanı iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. O, bölgədəki hərbi-siyasi vəziyyətə toxunub, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını vurğulayıb.
Tərəflərin hərbi əməkdaşlığın mövcud durumunu, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə etdiyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun