Yanvarda tütündən başqa hər şey bahalaşıb

Yanvarda tütündən başqa hər şey bahalaşıb
18 Fevral 2017
Mətni dəyiş
Bu ilin yanvarında istehlak məhsulları və xidmətlərin qiymətləri keçən ilin yanvar ayına nisbətən 11,9 faiz bahalaşıb.
Abzas.net xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarınınqiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.
Məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Məlumata görə, ilin ilk ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarından yalnlz tütün 8,3 faiz ucuzlaşıb. Digər məhsullar bahalaşıb.
Çörək məmulatları və yarmalar 10,4, ət məhsulları 17,4, balıq məhsulları 12,4,süd məhsulları, pendir və yumurta 9,2, yağ və piylər 14,7, meyvələr 19,6, tərəvəzlər 13,8, qənd, cem, bal, konfetlər 17,5,qəhvə, çay, kakao 16,2, mineral sular və şirələr 17,7, araq, konyak 8,1 faiz bahalaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun