17 Fevral 2017
Mətni dəyiş
Fevralın 27-də Bakıda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı” rəsm sərgisi açılacaq.
Abzas.net xəbər verir ki, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) təşkilatının dəstəyi ilə reallaşacaq. Sərgidə eyniadlı müsabiqəyə bu mövzu ilə bağlı təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq.
İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala, 105 ünvanında açıq səma altında gerçəkləşəcək.
Sərginin sonunda qaliblər mükafatlandırılacaq.