Vəkil Alexander Lapshin-lə görüşüb

Vəkil Alexander Lapshin-lə görüşüb
10 Fevral 2017
Mətni dəyiş
Vəkil Səfər Hüseynov fevralın 9-u həbsdə olan bloqqer Alexander Lapshin-lə görüşüb.
Bu barədə vəkil S.Hüseynov özü məlumat verib.
Vəkil A.Lapshin-lə 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdüyünü deyib.
APA-nın xəbərinə görə, o qeyd edib ki, bloqqer saxlanma şəraitindən hər hansı şikayət dilə gətirməyib, səhhətinin normal olduğunu deyib.
A.Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.
Həmin qərar fevralın 7-si gecə icra edilib.
A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun