23 Fevral 2017
Mətni dəyiş
Cumhuriyet Halk Partisinin (CHP) İstanbul millət vəkili Barış Yarkadaş FOX TV-nin Azərbaycan ərazisində yayımına məhdudiyyət qoyulmasına ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib.
Abzas.net xəbər verir ki, bu barədə millət vəkili Twitterdəki səhifəsində yazıb. Barış Yarkadaş aparıcı Fatih Portakalın Azərbaycan prezidenti İlham Əliyevi tənqid etməsindən sonra telekanalın senzuraya məruz qalmasına etiraz edərək Türkiyə XİN-dən baş verənlərə səssiz qalmamasını tələb edib.
"FOX TV-nin Azərbaycankı yayımı Mehriban Əliyevanın vitse-prezident təyin edilməsini tənqid edəndən sonra dayandırılıb. Buna görə FOX TV-nin yayımını keyfi şəkildə bağlanması qəbul edilməzdir. Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi bu hadisəyə səssiz qalmamalıdır", deyə açıqlamada bildirilir.
Türkiyəli deputat Azərbaycana da çağırış edib. Deyib ki, Azərbaycan hökuməti bu səhv qərardan tez zamanda dönməlidir. Tənqid demokratiyanın əsas şərtidir, Fatih Portakal da demokratik haqqınan istifadə edib. Bu səbəbdən TV bağlamaq qanuni sayıla bilməz.
"Azərbaycan kefinə görə hərəkət etməyə son qoymalı və xalqın xəbər alma hüququnun qarşısını almaqdan əl çəkməlidir. Azərbaycanda baş verənlər bizim üçün də dərs olmalıdır: Prezidentlik sistemi "asaram-kəsərəm" rejimidir!" - deyə Türkiyədə baş tutacaq referenduma da toxunub.