Troll Brentin tərkibinə əlavə olunacaq

Troll Brentin tərkibinə əlavə olunacaq
21 Fevral 2017
Mətni dəyiş
Neft kotirovkalarının nəşri üzrə ixtisaslaşmış Platts agentliyi, 2018-ci il yanvarın 1-dən Brent markalısına Norveçin Troll-unu əlavə edəcək.
Bu barədə Marketwatch məlumat verir.
Brent markalı neftin təkibi son dəfə 10 il əvvəl dəyişdirilib.
Qərar Britaniyada Brent markalı neftin tükənmək üzrə olması ilə əlaqədardır. 2002 və 2007-ci illərdə Platts artıq norveç sortlarını bu markaya əlavə etmişdi (Oseberg və Ekofisk).
Yeni sortların markaya daxil edilməsi nəticəsində Brent markalı neftin hasilatı gündəlik 250 min barelə qədər artacaqdır. Tərkibi yalnız nisbətən yüksək turşuluğu ilə fərqlənən Troll-un əlavə olunması Brent markalı neftin qiymətinin qismən ucuzlaşmasına gətirə biləcəyi gözlənilir.
Qeyd edək ki, hal-hazırda Brent markalı neft London birjasında bareli 56,21 dollara satılır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun