10 Fevral 2017
Mətni dəyiş
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının da daxil olduğu 18 məhbus ilə bağlı məhkəmə hökmündən apellyasiya şikayəti verilib.
"Azadlıq Radiosu" xəbər verir ki, bu haqda iş üzrə vəkillərdən Fariz Namazlı məlumat verib.
Vəkil qeyd edib ki, müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünü əsassız və qanunsuz hesab edir.
Apellyasiya şikayətində aşağı məhkəmənin qərarının ləğv edilməsi, 18 nəfərə bəraət verilməsi istənilir.