SOCAR-ın şəriki olan şirkətin nümayəndəliyi bağlanıb

SOCAR-ın şəriki olan şirkətin nümayəndəliyi bağlanıb
23 Fevral 2017
Mətni dəyiş
"A.P. İnternational LLC" (ABŞ, Rod-Aylend ştatı) şirkətinin nümayəndəliyi fevralın 22-də dövlət mətbuatında bağlandığını elan edib. 2005-ci ildə Bakıda nümayəndəlik açan şirkətin bu addımının səbəbi açıqlanmır,
Şirkət "SOCAR-Petroleum" QSC-də 49% pay sahibidir. Səhmdar cəmiyyəti 2008-ci ildə SOCAR-ın iştirakı ilə yaradılıb və neft məhsullarının idxalı və satışı, və başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Şirkətin Azərbaycandakı nümayəndəsi Toğrul Seyidov "SOCAR-Petroleum" QSC-yə də rəhbərlik edir.
Bu gün “Azerbaycan Turkiye Baku İnsaat” birgə müəssisəsi də bağlandığını elan edib. O, 2005-ci ildən fəaliyyət göstərirdi və ödənilmiş nizamnamə fondu $425 mindir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun