SOCAR-ın ötən ay ödənişləri artırıb

SOCAR-ın ötən ay ödənişləri artırıb
10 Fevral 2017
Mətni dəyiş
Bu ilin yanvarında Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 128 milyon 187 min manat vəsait ödəyib.
Abzas.net xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 10 milyon 496 min manat və ya 8.92 faiz çoxdur.
Bundan əlavə, bu ilin yanvarında şirkət Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 milyon 507 min manat vəsait köçürüb. Bu, isə 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 milyon 379 min manat və ya 23.49 faiz çox olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun