Şəkidə AXCP və Müsavatın qərargahı boşaldılıb

Şəkidə AXCP və Müsavatın qərargahı boşaldılıb
9 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının Şəkidəki qərargahı polislər tərəfindən boşaldılıb.
Abzas.net-in məlumatına görə, bu barədə Müsavat başqanının müavini Elman Fəttah xəbər verib.
"Bu saatlarda Müsavat Partiyası və AXCP-nin Şəki şəhər təşkilatlarının qərargahı boşaldılır və bütün inventar, sənədlər küçəyə atılır. Bir sözlə əsl vandalizm nümayiş etdirilir"- deyə o bildirib.
AXCP sədrinin müavini Gözəl Bayramlı da məlumatı təsdiqləyib. Onun sözlərinə görə, qərargahın boşaldılmasında polis və əmlak şöbəsi işçiləri iştirak edirlər.
Gözəl Bayramlı Şəkidə daha bir cəbhəçinin təqib olunduğu da əlavə edib:
"Polis əməlliyyatının növbəti mərhələsi bu gün Ali Məclis üzvü Əli Abdullayevin polis idarəsinə çağırılması ilə davam edib. Şöbədə Əli Abdullayevdən guya AXCP Şəki şöbəsinin qərargahı yerləşən binanı özəlləşdirən şəxsin şikayəti əsasında izahat alınıb. Həmin şəxs şikayət ərizəsində yazıb ki, guya şöbə rəhbərliyinə xəbərdarlıq etməyinə baxmayaraq onlar binanı boşaltmaqdan imtina ediblər. Əslində isə belə bir şey olmayıb, hər şeyi Şəki polis idarəsi təşkil edib".
Xatırladaq ki, fevralın 7-i AXCP Şəki şöbəsinin sədri İslam Həsənova 25, fəal Samir Həsənova isə 20 sutka həbs cəzası verilib
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun