Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının Gənclər Komitəsinin sədri Samir Həsənov fevralın 8-də rayon məhkəməsinin qərarı ilə 23 sutka inizbati qaydada həbs verilib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Onun sözlərinə görə, S.Həsənov fevralın 7-də saxlanılan partiya təşkilatınn sədri İslam Həsənova yemək apararkən tutulub.
“Onu polisə müqavimətdə təqsirli biliblər. Bizə verilən xəbərlərə görə S.Həsənova polis şöbəsində işgəncə verilib, ona hansısa sənədə imza atdırıblar, fevralın 8-də isə məhkəmə önünə çıxarıblar”.
[caption id="attachment_23227" align="alignnone" width="464"]
İslam Həsənov[/caption]
Fevralın 6-da AXCP Şəki təşkilatının sədri İslam Həsənov polis tərəfindən saxlanılıb. Onu yol polisi ilə mübahisə etdiyini görə saxlayıblar, fevların 7-də yerli məhkəmə 25 sutka inzibati həbs verib.
Şəki rayon Polis Şöbəsinin növbətçi hissəsindən İ.Həsənovun polis tərəfindən saxlanılması barədə məlumatlarının olmadığını bildiriblər.