20 Fevral 2017
Mətni dəyiş
Milli Şuranın Koordinasiya Mәrkәzinin növbәti iclası keçirilib. İclasda gündәmin bir sıra mәsәlәləri müzakirә edilib vә münasibәt açıqlanıb.
Koordinasiya Mәrkәzinin üzvlәri ilk növbәdә mәcburi köçkünlәrin kommunal xәrclәri ilә bağlı etirazlara sәbәb olmuş prezident sәrәncamına dәyişiklik edilmәsinә münasibәt bildiriblәr. Bildirilib ki, kommunal xidmәt ödәnişlәrini mәcburi köçkünlәrin üzәrinә qoyan әvvәlki sәrәncam yanlış idi vә nәticәsi ölçülüb-biçilmәdәn verilmişdi. Buna görә dә xüsusilә qazlaşdırılmamış yerlәrdә yaşamağa mәcbur olan vә qeyri-ixtiyari elektrik enerjisindәn çox istifadә edәn köçkünlәr öz etirazlarında haqlı idilәr.
"Məcburi köçkünlər dərhal azad edilsin"
Milli Şura hesab edir ki, mәcburi köçkünlәrin haqlı etirazları qarşısında ölkә başçısının öz sәrәncamına düzәliş etmәsi ictimai etirazların nәticәsizliyi barәdә aşılanan fikirlәri dağıdır: "Prezident sәrәncamına bu düzәliş ötәn ilin sonlarında Bilәsuvarda Cәbrayıldan olan köçkünlәrin işığa görә keçirdiklәri etiraz aksiyasına haqq verir vә onların tәlәblәrinin qәbul edilmәsidir. Buna görә dә hәmin aksiya zamanı hәbs edilmiş şәxslәr dәrhal azad olunmalıdır".
Koordinasiya Mәrkәzi keçmiş NİDA-çı vә siyasi mәhbus, hazırda Avropaya sığınan Rәşad Hәsәnovun tәhlükәsizlik xidmәti ilә әmәkdaşlığa mәcbur edildiyi haqda etirafına da diqqәt çәkib.
"Dövlәt adına rüsvayçılıq"
Milli Şura üzvlәri bildiriblәr ki, keçmiş MTN-in hәbsxanada kömәksiz bir insanı tәzyiqlә ölkәdaxili müxalif düşәrgәyә qarşı casusluğa cәlb etmәsi dövlәt adına rüsvayçılıqdır. Üstәlik guya bu tәhlükәsizlik orqanında islahat aparılmasından sonra da DTX-nın hәmin şәxsdәn vәtәndaş cәmiyyәti fәalları, demokratik düşәrgә tәmsilçilәri barәdә mәlumat toplaması bunun tәsadüf olmadığını, hakimiyyәtin mәqsәdli siyasәti olduğunu üzә çıxarır və MTN-nin DTX ilə əvəz edilməsinin həmin qurumun mahiyyətini dəyişmədiyini göstərir.
"Milli Şura hakimiyyәtdәn bu rüsvayçılığa görә izahat vermәyi vә ictimai-siyasi müxalif fәallara qarşı bu cür fәaliyyәtdәn әl çәkmәyi tәlәb edir".
"Kökündən yalnış siyasətdir"
İclasda son günlәr ölkә boyu AXCP fәallarına qarşı tәqib vә tәzyiqlәrin yenidәn güclәnmәsinә dә toxunulub. Şәkidә partiyanın şöbә sәdri vә Gәnclәr Komitәsi sәdrinin 20 sutkalıq inzibati hәbsә mәhkum edilmәsi, Saatlıda AXCP GK Mәclisinin sәdri Ruslan Nәsirlinin valideynlәrinin polisә aparılması, Mingәçevirdә şöbәnin iclasından sonra yerli fәalların tәqib olunması AXCP-yә qarşı davamlı repressiyanın tәrkib hissәsi kimi pislәnilib.
Hakimiyyәt indiki sosial-iqtisadi vәziyyәtin acınacaqlı vaxtında da gözlәnilәn ictimai etirazlardan yaxa qurtarmağın yolunu real islahatlarda yox, protest elektoratı tәşkilatlandıra bilәcәk Milli Şuraya vә AXCP-yә basqıları gücləndirmәkdә görür, bu isә kökündәn yanlış siyasәtdir. AXCP vә Milli Şuranı hәr hansı tәzyiq vә hәbslәrlә xalqın haqlı etirazlarının ifadәçisi olmaqdan, doğru bildiyi mübarizә yolundan çәkindirmәk mümkün olmayacaq.
"Hakimiyyət sahibkarlığa sarsıdıcı zərbə vurur"
Milli Şura rәhbәrliyinin müzakirә etdiyi bir mәsәlә dә Şamaxı vә Hacıqabul әrazilәrindә 500 sahibkarın ixtiyarında olan təxminən 50 min hektarlıq otlaqları hökumәtin onlardan inzibati zorakılıqla almaq cәhdidir. Milli Şura tərəfindən hökumətin bu addımı qəti şəkildə pislәnilib.
Bildirilib ki, hakmiyyәt bu addımla ölkәdә onsuz da ağır vәziyyәtdә olan sahibkarlığa vә vәtәndaşların iqtisadi tәşәbbüskarlıq imkanlarına sarsıdıcı zәrbә vurur. Milli Şura hakimiyyәti bu mövqeyindәn çәkilmәyә vә vәtәndaşların, o cümlәdәn sahibkarların mülkiyyәt hüququna hörmәtlә yanaşmağa çağırır.