Ruslan Nəsirlinin polisə aparılmış valideynləri sərbəst buraxılıb

Ruslan Nəsirlinin polisə aparılmış valideynləri sərbəst buraxılıb
15 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin valideynləri fevralın 14-də polisə aparılıb.
Abzas.net xəbər verir ki, bu barədə Ruslan Nəsirlinin özü məlumat yayıb.
Ruslan Nəsirli bildirir ki, ötən ilin sentyabrında haqqında cinayət işi açılan gecə Rusiyaya gedib. Hazırda orada işləyir. Orada olduğu müddətdə atasını bir neçə dəfə Saatlı rayon Polis İdarəsinə çağırıblar. Lakin Ruslan Nəsirli atasına çağırışlara reaksiya verməməyi tövsiyə edib.
“Bu gün (fevralın 14-ü) atamı və anamı mənə görə, polisə aparıblar. Mənim burda əlimdən heç nə gəlmir. Fikirləşdim ki, bəlkə qayıdım, özüm polisə gedim. Dostlar məsləhət bilmədi. Bunlardan hər cürə hərəkət gözləyirəm…” - deyə R.Nəsirli bildirib.
Məsələyə, hələlik, Saatlı rayon Polis İdarəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun