15 Fevral 2017
Mətni dəyiş
Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
"Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə məlumat yoxdur. Bu barədə məlumat olan kimi bildirəcəyik", - deyə Rusiya XİN rəsmi nümayəndəsi bildirib.
APA xəbər verir ki, M. Zaxarova Ermənistan tərəfinin Dağlıq Qarabağda "referendum" planlaşdırması barədə suala da cavab verib:
"Dağlıq Qarabağ problemi yaxın vaxtlarda Ermənistan XİN rəhbərinin Moskvaya səfəri zamanı müzakirə olunacaq. Onu da bildirmək istəyirəm ki, qısa müddət ərzində azərbaycanlı həmkarlarımızla da təmas planlaşdırılır. Bu səviyyədə də Dağlıq Qarabağ mövzusu müzakirə olunacaq. Məlum məsələ ilə bağlı reaksiyamızı isə daha sonra bildirəcəyik".