Rusiya səfirliyinin əməkdaşları Lapshin-lə görüşüb

Rusiya səfirliyinin əməkdaşları Lapshin-lə görüşüb
10 Fevral 2017
Mətni dəyiş
Bu gün, fevralın 9-u Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakı İstintaq Təcridxanasında saxlanan bloqqer Alexander Lapshin-lə görüşüblər.
Abzas.net xəbər verir ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti görüşün Konsulluq əlaqələrinə dair Vyana konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyası səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciətindən sonra gerçəkləşdiyini bildirir.
Prokurorluğun açıqlamasına görə, Alexander Lapshin dövlət sərhədini qanunsuz keçmə və ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməlləri ilə bağlı axtarışa verilmişdi. Məlumatda vurğulanır ki, ittihamlar vəkili və tərcüməsinin iştirakı ilə ona çatdırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun