20 Fevral 2017
Mətni dəyiş
Fevralın 20-də səhər Respublikaçı Alternativ (REAL) hərəkatının Sumqayıt təşkilatının fəalı, bloger Rahim Şaliyev saxlanılıb.
Polis gənci evindən götürüb və yerli polis şöbəsinə, oradan isə şəhər polis idarəsinə aparıb.
REAL-dan verilən məlumata görə, daha sonra məhkəmə qərarı ilə bloger Rahim Şalıyev 30 sutka müddətində azadlıqdan məhrum edilib.
Hərəkatda hesab edirlər ki, Rahim Şaliyev bloger fəaliyyətinə görə həbs olunub.