"Qarabağ"da daha bir itki

"Qarabağ"da daha bir itki
3 Fevral 2017
Mətni dəyiş
Topaz Premyer Liqasının XVI turunda AZAL ilə səfərdə qarşılaşan "Qarabağ" ciddi itki ilə üzləşib. Abzas.net-in məlumatına görə, Ağdam təmsilçisinin əsas futbolçularından olan Dani Quintana zədələnib. Matçın 20-ci dəqiqəsində zədə alan ispaniyalı futbolçu oyunu davam etdirə bilməyib. Onu Əfran İsmayılov əvəzləyib. Dizindən zədə alan Quintananın durumunun ciddi olduğu ehtimal olunur. Qeyd edək ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da zədə səbəbindən AZAL-la oyunu buraxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun