Qarabağ atı cinsinin inkişafına 2 milyon manat ayrılıb

Qarabağ atı cinsinin inkişafına 2 milyon manat ayrılıb
22 Fevral 2017
Mətni dəyiş
Prezident İlham Əliyev Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.
Abzas.net xəbər verir ki, sənəd Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması məqsədilə imzalanıb.
Sərəncama əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Ağdam Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Atçılıq kompleksinin tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun