Prokurorluq Mehman Hüseynovun şikayətini rədd edib

Prokurorluq Mehman Hüseynovun şikayətini rədd edib
1 Fevral 2017
Mətni dəyiş
''Bu, polisin Mehman Hüseynova işgəncə verməsini gizlətməyə yönəlmiş qərardır''
Bakı şəhər prokurorluğu bloqqer Mehman Hüseynovun şikayəti əsasındə cinayət işinin açılmasını rədd edib.
Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov söyləyib. Deyib ki, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin müstəntiqi Hafiz Samir oğlu Əliyevin 19.01.2017-ci il tarixli qərarı ilə Mehman Hüseynovun Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə məruz qalması barədə şikayəti əsasında toplanmış 03-c-011 saylı materialda cinayət faktı yoxdur. Buna görə də cinayət işinin başlanması rədd olunub:
“Həmin qərar həqiqəti əks etdirmir. Bu, polisin Mehman Hüseynova işgəncə verməsini gizlətməyə yönəlmiş qərardır. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət edəcəyik. Şikayətimiz daxili məhkəmələr tərəfindən təmin olunmasa, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3, 5, 6, 10 və 18-ci maddələrinin pozulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik", - deyə Sadıqov bildirib.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.
Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun