Prezident: "Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq"

Prezident: "Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq"
18 Fevral 2017
Mətni dəyiş
“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq”.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev bunu Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.
O, vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz.
“Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Onu da əlavə etmək istərdim ki, dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Bundan başqa, onlar bizim işğal altında olan bütün tarixi abidələrimizi, muzeylərimizi, məscidlərimizi dağıtmışlar. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun