PA rəsmisi: "Deyirlər ki, Lapshin-in Azərbaycana gətirilməsi elə də əhəmiyyətli deyil"

PA rəsmisi: "Deyirlər ki, Lapshin-in Azərbaycana gətirilməsi elə də əhəmiyyətli deyil"
10 Fevral 2017
Mətni dəyiş
“Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib. Bu, hələ də davam edir. Orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar. Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir”.
Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.
"Report"-un xəbərinə görə, o bildirib ki, ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər: “Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır”.
Ç.Əsəgərov Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına da münasibət bildirib: “Bəzən deyirlər ki, onun Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil. Bu, yanlış yanaşmadır. Bizim həyata keçirdiyimiz iş qanun çərçivəsindədir. Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun