NİDA Vətəndaş Hərəkatı 6 yaşını qeyd edir [Foto-video]

NİDA Vətəndaş Hərəkatı 6 yaşını qeyd edir [Foto-video]
4 Fevral 2017
Mətni dəyiş
Bu gün, fevralın 4-ü “Nida” Vətəndaş Hərəkatının 6 yaşı tamam olur. Hərəkat bu münasibətlə təbdir keçirib. Tədbirdə ictimaiyyət nümayəndələri, siyasətçilər, jurnalistlər, siyasi məhbus ailələri və nidaçılar iştirak edib. 
Abzas.net xəbər very ki, Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə birinci Nidanın fəaliyyəti haqqında qısa təqdimat filmi nümayiş etdirilib.
Tədbirdə Qiyas İbrahimin, İlkin Rüstəmzadənin, Əbdül Əbilovun valideynləri, NİDA İdarə Heyətinin üzvü Məcid Mərcanlı, siyasətçilərdən Müsavat başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ReAl İdarə Heyətinin üzvü Erkin Qədirli, VHP Mərkəzi Aparatının rəhbəri Samir Əsədli, tanınmış jurnalistlər Xədicə İsmayıl, Zamin Hacı, vəkil Nemət Kərimli çıxış ediblər.
Çıxışlarda qeyd edildi ki, Nida təşkilatı hakimiyyətinin total repressiyası ilə üzləşməsinə rəğmən ölkədə gənclərin azadlıq uğrunda mübarizəsinin simvoluna çevrilib. 2013-cü ildən başlayaraq onlarla nidaçı gənc həbs olunub.
Onlardan Qiyas İbrahim, Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Əbdül Əbilov bu gün də həbsdədirlər. Ötən illərdə onlarla gənclər təşkilatı yaradılsa da, yalnız “Nida” özünü təsdiq edə, cəmiyyətin böyük rəğbətini qazana bilib. Nidaçı gənclərin tədbirləri özünəməxsusluğu ilə seçilib, xüsusən “Əsgər ölmlərinə son” şüarı altında keçirilən aksiyalar hakimiyyətin orduya diqqət yetirməsinə, əsgər ölümlərinin sayının azalmasına səbəb olub.
Çıxışlardan sonra NİDA-nın himni oxunub, xatirə şəkilləri çəkilib və tort kəsilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun