"Neft Fondundakı 7 fevral görüşü müstəqilliyin indikatoru olacaq"

"Neft Fondundakı 7 fevral görüşü müstəqilliyin indikatoru olacaq"
6 Fevral 2017
Mətni dəyiş
"Qarşıdan Bogota toplantısı gəlir və prosesdə ora gerçək vəziyyəti ifadə edən VC numayəndələri yox, problemin olmadığını deyən adamlar olmalıdır". 
Abzas.net xəbər verir ki, bunu İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyasının üzvü Akif Qurbanov sosial şəbəkədə yazıb.
Yazının tam mətni təqdim edirik:
"MSŞA Koalisiyasında siyasiləşmə məsələsi daima müzakirə olunur, eyni zamanda qarşı tərəfin də bizə ittihamı əsasən ondan ibarətdir ki, Şuranın tərkibi "siyasiləşib". 2006-cı ildə MSK üzvü olduqdan sonra qanunun tələbinə uyğun olaraq mənim heç bir siyasi mənsubiyyətimin olmadığını xüsusi qeyd edərək, bəzi məsələlərə aydınlıq gətirməyi zəruri hesab edirəm:
1. Şuranın əvvəlki tərkibilərilə müqayisə etsək indiki tərkibdə siyasi bağ daha azdır. İstənilən şəxs müxtəlif dövrün tərkiblərinə baxıb bunun müqayisəsini rahat apara bilər.
2. Koalisiyada vətəndaş cəmiyyətinin müstəqilliyi deyərkən onların siyasi partiyalılığı və ya baxışı önəmli deyil. Əsas olan odur ki, MHŞT prosesinin tərəfləri olan Hökumət və Şirkətlərdən asılı olmamaqdır. Lap kimsə oldu hansısa partiyanın üzvü, o bəyəm MHŞT-prosesinin əsas aparıcısı olan Hökumət və Şirkətlərdən asılılığa gətirib çıxarırmı?! Koalisiya üzvünün siyasi mənsubiyyəti onun Hökumətdən və Şirkətdən asılılığını yaratmırsa, bu niyə problem olmalıdır. Asılılığın əsas vacib tərəfi məhz MHŞT prosesində iştirak edən 3 tərəfdən birindən olmalı olduğu halda niyə fikir yayındılmalıdı axı?
3. Və ya EİTİ İH sədrləri Klare Şort, Frederik Reinfeldt bəyəm siyasətçi olmayıblar?! Onların hər biri öz ölkələrində siyasi partiya rəhbəliyində təmsil olunublar.
4. Hesab edirəm ki, Koalisiya üzvlərinin əsas müstəqilliyinə şübhə yaradan problem kiminsə siyasi mənsubiyyəti yox, prosesin əsas tərəfi olan Hökumət və Şirkətlərlə əlaqəsində, funksional asılılığındadır. Diqqəti ona yönəltməliyik. MHŞT və Koalisiyaya aid bütün sənədlər də bunu tələb edir.
5. Son dövrlər baş verən addımlar da göstərir ki, əslində Koalisiyada olan problemin əsas qaynağı Koalisiya üzvləri arasında olan fikir ayrılılığından, hər hansı nifaqdan daha çox, Hökumətin qanunsuz olaraq prosesə müdaxiləsindədir. Neft Fondundakı 7 fevral tarixli görüş də məhz bunun bariz nümunəsidir. Bugunə qədər deyilnlər- "siyasiləşiblər", "kimsə, nəsə yazdı", "korrupsiya ittihamı" və s. hamısı sadəcə bəhanələrdir. Vəziyyətin düzəldiyini görməyən, icraçılarının istədiyi kimi nəticə əldə edə bilmədiyini görən hakmiyyət açıq-aşkar özü prosesə müdaxilə etmək məcburiyyətində qalıb. Çünki qabaqdan EİTİ İH-nin Bogota toplantısı gəlir və prosesdə ora gerçək vəziyyəti ifadə edən VC numayəndələri yox, problemin olmadığını deyən adamlar olmalıdır. Çunki hakimiyyətin gerçək problemi çözmək niyyətinin olmadığı ortadadır. Belə olduğu təqdirdə problemi gerçəkdən həll etmək yox, "həll olunduğunu" deyən şəxslərin prosesdə öncül olmasını istəyir. Guya bununla hər şey düzələcək.
6. Neft Fondundakı yığıncaqda iştirak əslində müstəqilliyin açıq indikatoru olacaq. Yəni Hökumət və Şirkətdən həqiqətən asılı olmayan koalisiya üzvləri Hökumətin təmsilçisi Şahmar Mövsumovla Neft Fondundakı 7 fevral tarixli görüşə qatılmamalıdır. Qatılırsa bu asılılığı aydın göstərən fakt olacaqdır".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun