Neft Fondu pulları əmlaka yatıracaq imkanları araşdırır

Neft Fondu pulları əmlaka yatıracaq imkanları araşdırır
8 Fevral 2017
Mətni dəyiş
"2016-cı ildə London və Moskva kimi daşınmaz əmlak bazarlarında geriləmənin olmasına baxmayaraq Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yatırım etdiyi digər bazarlarda müsbət inkişaf dinamikası müşahidə olunub. Bunları nəzərə alaraq, ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu deyə bilərik".
Bunu "APA-Economics"ə müsahibəsində ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş. Mövsümovun sözlərinə görə, ARDNF öz daşınmaz əmlak investisiyalarında uzunmüddətli gəlirlilik göstəricilərini əsas götürür ki, bu baxımdan da hazırkı uzunmüddətli gəlirlilik göstəricisi 6-8% civarında proqnozlaşdırılır.
"ARDNF daim perspektivli, şəffaf bazar mühitinə malik olan, investisiyalar üçün cəlbedici və risklər nəzərə alınmaqla münasib gəlirlilik vəd edən Amerika Birləşmiş Ştatları, Avropa, Asiya və Sakit Okean Hövzəsi bazarlarında daşınmaz əmlak investisiya imkanlarının araşdırır. Gələcəkdə də investisiya baxımından cəlbedici olan daşınmaz əmlak aktivlərinə və fondlarına yatırım ediləcək", - deyə o əlavə edib.
Müsahibənin tam mətni bir qədər sonra saytımıza yerləşdiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun