Neft fondu ötən ay valyuta hərraclarında 285 mln. dollar satıb

Neft fondu ötən ay valyuta hərraclarında 285 mln. dollar satıb
2 Fevral 2017
Mətni dəyiş
Yanvar ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin məbləği açıqlanıb.
Fonddan APA-ya verilən məlumata görə, ötən ay ARDNF tərəfindən valyuta hərraclarında 285 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Mərkəzi Bankında valyuta hərracı yanvarın 31-də keçirilib. ARDNF-nin də iştirakı ilə keçirilmiş hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun