20 Fevral 2017
Mətni dəyiş
Azərbaycan qazı Bolqarıstanın qaz istehlakının ¼ hissəsini təmin edəcək.
Report xəbər verir ki, bunu Bolqarıstanın BGNES saytına bu ölkənin Energetika Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan qazı 2020-ci ilin əvvəlində Bolqarıstana çatdırılacaq. Bu qazı Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria-IGB) isə 2019-cu ilin sonuna hazır olacaq.
Bildirilir ki, fevralın 23-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasında Bolqarıstanın energetika naziri Nikolay Pavlov da iştirak edəcək. “Cənub Qaz Dəhlizi layihəsi Bolqarıstanın Azərbaycan qazı ilə təminatında vacib rol oynayır. Məlum olduğu kimi, “Bulgargaz EAD” “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində illik 1 mlrd. kubmetr qazın alışı ilə bağlı uzunmüddətli saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının 1/4 hissəsini ödəyəcək. Bu da mənbələrin və qaz nəqli marşrutlarının şaxələndirilməsində əhəmiyyətli paydır”, - deyə Nazirlikdən bildirilib.