Müsavat Partiyasının Şəki fəalı həbs edilib

Müsavat Partiyasının Şəki fəalı həbs edilib
25 Fevral 2017
Mətni dəyiş
Fevralın 24-də Şəki şəhər Məhkəməsinin qərarı ilə Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev haqqında 25 sutka həbs qərarı verib.
Abzas.net xəbər verir ki, bu barədə Müsavat Partiyasından məlumat verilib.
Məlumata görə, Yusif Qarayev polisə evindən aparılsa da, ona qarşı ənənəvi “polisin qanuni tələblərinə tabe olmama” ittihamı irəli sürülüb.
Partiyanın Şəki təşkilatı hesab edir ki, Yusif Qarayevin həbsinin səbəbi fevralın 19-da onun evində Müsavatın Divan üzvləri Elman Fəttah və İkram İsrafilin iştirakı ilə partiyanın zona müşavirəsinin keçirilməsidir.
Hüquq-mühafizə orqanları hələ partiya fəalının həbsi ilə bağlı açıqlama yaymayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun