"Moody's" Azərbaycanın suveren reytinqini açıqladı

"Moody's" Azərbaycanın suveren reytinqini açıqladı
13 Fevral 2017
Mətni dəyiş
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini dəyişdirməyərək əvvəlki səviyyədə təsdiq edib. 
"Report" xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1", proqnoz isə "neqativ" səviyyədə saxlanılıb.
Xatırladaq ki, "Moody's" agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən azaldaraq "Ba1"-ə endirib, proqnozu isə "stabil"də saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da "neqativ"ə endirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun