27 Fevral 2017
Mətni dəyiş
Bu gün Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloger Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası təxirə salınıb.
Bu barədə M.Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi RPİ-nin rəisinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.
Proses martın 3-dək təxirə salınıb.
Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.