 15 Fevral 2017
                    15 Fevral 2017
                 
                
                    Mətni dəyiş
                     
                 
             
            
                
                    
Hollywood-da Mixail Bulqakovun "Master və Marqarita" romanı əsasında tammetrajlı film çəkilməsi planlaşdırılır. Bu barədə Deadline məlumat verir.
Filmin prodüserləri daha öncə "Hot Tub Time Machine" filminin prodüseri Grace Loh və "Əfsanə N.17" filminin prodüseri Svetlana Miqunova-Dali olacaq.
Filmin rejissoru və aktyor tərkibi açıqlanmayıb. İcraçı prodüserlərdən birinin isə Woodstock musiqili festivalının yaradıcısı Michael Lang olacağı gözlənilir.
Mixail Bulqakovun məşhur romanı ilk dəfə 1960-cı illərdə nəşr edilib. Roman beş dəfə ekranlaşdırılıb. İlk filmin rejisoru 1971-ci ildə Anjey Vayda olub. Bir il sonra Aleksandr Petroviçin filmi nümayiş edilib. 1989-cu ildə isə Maçey Voytışko roman əsasında 4 seriyalı telefilm, 1994-cü ildə Yuriy Kara film, 2005-ci ildə Vladimir Bortko serial çəkib.