18 Fevral 2017
Mətni dəyiş
Elon Musk-ın şirkəti SpaceX Marsa uçuşu iki il ertələyib. Bu barədə The Verge məlumat verir.
Prezident Gwynne Shotwell-in dediyinə görə, şirkət kosmik gəminin Marsa göndərilməsini 2020-ci ildə həyata keçiriləcək. Red Dragon adını almış kosmik gəminin daha öncə 2018-ci ildə Marsa göndərilməsi planlaşdırılmışdı.
Shotwell şikətə ekipajın programı və Falcon Heavy raketinin hazırlanması üçün daha çox zaman və resurs lazım olduğunu bildirib. Onun sözlərinə görə Falcon Heavy-nin ilk uçuşu 2017-ci ildə baş tutacaq.
Keçən ilin dekabrında şirkət Dragon kosmik gəmisinin beynəlxalq kosmik stansiyaya göndərilərək sınaqdan keçirilməsi tarixini 2017-ci ilin sonundan 2018-ci ilin mayına dəyişdirdiyini bildirmişdi. Shotwell bu planı da təstiqləyib.
Qeyd edək ki, fevralın 18-də SpaceX Dragon yük gəmisini Falcon 9 ilə beynəlxalq kosmik stansiyaya göndərəcək. NASA uçuşu canlı yayınlayacaq.