Leyla Yunus: ''Nardaran olayları ilə bağlı hesabat hazırlanır"

Leyla Yunus: ''Nardaran olayları ilə bağlı hesabat hazırlanır"
10 Fevral 2017
Mətni dəyiş
“Avropa Birliyi başda olmaqla digər beynəlxalq qurumlar Azərbaycanda həbsdə olan siyasi məhbusları daha ardıcıl və prinsipial şəkildə müdafiə etməlidir”.
Bu sözləri Siyasi Məhbusların Müdafiə Mərkəzinin bu gün  keçirilən toplantısına internet üzərindən qatılan hazırda mühacirətdə olan hüquq müdafiəçisi Leyla Yunus deyib.
"Azadlıq Radiosu" xəbər verir ki, o, Avropa qurumlarında siyasi məhbus sayılan şəxslərin müdafiəsi ilə bağlı apardığı danışıqlar haqda bilgi verib.
Toplantıda əsas müzakirə mövzusu “Nardaran işi” və bu qəbildən olan digər məhkəmə çəkişmələri olub.
“Nardaran işi” ilə bağlı hazırda davam edən məhkəmə prosesi geniş müzakirə olunub. Qərara alınıb ki, Nardaran olayları ilə bağlı hesabat hazırlansın. Sənəd yaxın günlərdə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunsun.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun