22 Fevral 2017
Mətni dəyiş
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Yasamal rayon şöbəsinin sədri Nisəxanım Vəliyeva fevralın 21-də evindən Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə aparılıb.
O, iki saat orada saxlanıldıqdan sonra Yasamal rayon Polis İdarəsinə aparılıb. Vəliyeva dörd saat sorğu-sual edilib. Ondan facebbok-da tənqidi statuslarını pozmağı tələb ediblər. Bunları etdikdən sonra Vəliyevanı sərbəst buraxıblar. Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu Turana bildirib.
KXCP təşkilat sədrinin saxlanılmasını polis rejiminin gücləndirilməsi, insan haqlarının pozulması kimi qiymətləndirir.
“Bu, on illərlə davam edən insan haqlarının pozulmasının bir nümunəsidir”, - KXCP sədri qeyd edib