İxrac artıb

İxrac artıb
16 Fevral 2017
Mətni dəyiş
Yanvarda ixrac idxaldan 354 milyon dollar çox olub.
Bu ilin ilk ayında Azərbaycanın xarici ticarətinin həcmi 1 milyard 254 milyon 680.26 min ABŞ dolları təşkil edib.
Abzas.net xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2015-ci ilin analoji dövrünə nisbətdən 16.79 faiz çoxdur.
Komitənin açıqlamasına görə, idxalın həcmi 450 milyon 52.27 min ABŞ dolları olub. Bu da 3.64 faiz artım anlamına gəlir.
İxrac isə 804 milyon 627.99 min ABŞ dollarına (25.71 faiz artım) bərabər olub. Nəticədə 354 milyon 575 min dollardan çox müsbət saldo əmələ gəlib.
İxracda əsas yeri xam neft tutur – 82.49 faiz.
Bundan başqa, Azərbaycandan kənara satılan mallar arasında təbii qaz – 3.35, meyvə-tərəvəz 2.99, neft məhsulları 2.68 faiz yer tutub.
Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşınlar, elektrik aparatları və avadanlıqları tutur - 23.81 faiz.
Yeyinti məhsulları idxalda 17, qara metallar və onlardan hazırlanan məmulatlar 10.03 faiz təşkil edib.
Xarici ticarətdə müsbət saldo manatın məzənnəsini qorumaqdan ötrü vacib göstəricidir. Yəni, bu o anala gəlir ki, ölkəyə daxil olan valyuta çıxandan çoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun