İqtisadiyyat naziri Dünya Bankının vitse-prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Dünya Bankının vitse-prezidenti ilə görüşüb
10 Fevral 2017
Mətni dəyiş
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşüb.
Abzas.net xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Nazir Şahin Mustafayev qeyd edib ki, Dünya Bankı ilə çərçivəsində indiyədək 51 layihə həyata keçirilib. Bu layihələrdən 40-ı artıq başa çatıb. Nəqliyyat, su təchizatı və kanalizasiya, sosial, kənd təsərrüfatı sahələrini əhatə edən 11 layihənin icrası isə davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub, “Abşeron göllərinin bərpası” layihəsi üzrə isə Dünya Bankı ilə birgə iş aparılır.
Şahin Mustafayev Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu TANAP layihəsinin enerji sektorunun inkişafı baxımından vacibliyini və bu layihəyə davamlı dəstəyin göstərilməsinin önəmini vurğulayıb.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller bir sıra sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib. Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrə dair fikirlərini bölüşən  Siril Müller, bankın ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığını genişləndirəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun