İlqar Məmmədova kitab verilmir

İlqar Məmmədova kitab verilmir
3 Fevral 2017
Mətni dəyiş
REAL hərəkatının sədri İlqar Məmmədova gətirilən kitablar, müdafiəsi üçün zəruri materialların ona verilməsi yasaqlanıb.
Bu haqda siyasətçinin vəkili Fuad Ağayev məlumat yayıb.
"Azadlıq Radiosu" xəbər verir ki, müdafiəçi fevralın 3-də İlqar Məmmədovla görüşüb, onun Avropa İnsan Hüquqları Məhkəməsində olan ikinci şikayətilə bağlı məsələləri müzakirə edib.
"Hökumət yanvarın 12-nə kimi Avropa Məhkəməsinin sorğusunu cavablandırmalı idi. Nədənsə, indiyə kimi həmin cavabın nüsxəsini almamışıq. Keçən dəfə də bununla bağlı “qəribə” yubanma oldu", – Fuad Ağayev bildirib.
Vəkil deyir ki, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç İlqar Məmmədova öz kitabını göndərmişdi. REAL lideri də öz növbəsində ona təşəkkür məktubu göndərib: "İlqar Məmmədov bildirdi ki, təşəkkür məktubu yazdıqdan sonra gətirilən kitablar, müdafiəsi üçün zəruri materiallar, başqa çap materiallarının ona verilməsi yasaqlanıb. Mənim özümün ona dəfələrlə gətirdiyim kitab, jurnal və başqa materialları geri qaytarıblar".
Fuad Ağayev bildirib ki, baş verənlər İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (ifadə azadlığı) maddələri ilə təminat verilən hüquqların pozulmasıdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun