17 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.
Görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib. Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlanıb. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışılıb. Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.