İlham Əliyev: "Gələcəkdə Latviya ilə investisiyalar artırılmalıdır"

İlham Əliyev: "Gələcəkdə Latviya ilə investisiyalar artırılmalıdır"
12 Fevral 2017
Mətni dəyiş
Fevralın 12-də prezident İlham Əliyev Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Abzas.net xəbər verir ki, dövlət başçısı iki ölkə arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu vurğulayıb.
İ. Əliyev dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd edib. O, mütəmadi məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və hər iki tərəf arasında əməkdaşlığın bütün istiqamətlər möhkəmləndirilməsinin əhəmiyyətini bildirib.
İ.Əliyev iki ölkə arasında iqtisadi sahədəqarşıda mühüm vəzifələrin dayandığını deyərək perspektivə də nəzər salıb:
“Ticarət dövriyyəsi, gələcəkdə investisiyaların artırılmasının və biznes strukturlarını cəlb etməklə əməkdaşlığın daha da genişləndirilməlidir”.
Dövlət başçısı bu və digər məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu söyləyib.
Azərbaycanla Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir Edqars Rinkeviçs deyib:
“Prezident Raymonds Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə və sizinlə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyinə ümidvardır”.
Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Latviya və Azərbaycan keçmiş SSRİ respublikaları olsa da, Latviya artıq Avropa Birliyinin və 2004-cü ildən NATO-nun üzvüdür. Azərbaycan isə Avropa Birliyi ilə iki tərəfli əməkdaşlığa üstünlük verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun