İlham Əliyev AŞPA-nın insan haqları üzrə məruzəçisi ilə görüşüb

İlham Əliyev AŞPA-nın insan haqları üzrə məruzəçisi ilə görüşüb
10 Fevral 2017
Mətni dəyiş
Bu gün İlham Əliyev AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alan Desteksi (Alain Destexhe) qəbul edib, xəbəri dövlət başçısının saytı yayıb.
Əliyev qeyd edib ki, Aİ və Azərbaycan arasında əlaqələr 15 ildən çoxdur davam edir və AŞ-ın müxtəlif qurumları ilə sıx əməkdaşlıq aparılır. Əliyevin sözlərinə görə, ölkədə demokratikləşmə üzrə mühüm addımlar atılır, islahatlar, iqtisadiyyatın şaxələndirilməsi aparılır.
Qeyd edək ki, Deteksin fəaliyyəti yerli hüquq müdafiəçilərinin tənqidinə səbəb olur. Siyasi məhbusların vahid siyahısı üzrə işçi qrupun üzvləri yanvarda AŞPA-ya Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etmək xahişi ilə müraciət etmişdilər.
Onlar qeyd edirdilər ki, 2016-cı il martın 7-də Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti qiymətləndirmək üçün təyin edilmiş belçikalı deputat Desteks mandatına uyğun işləməyib, o, vətəndaş cəmiyyətinin nümayəndələri və hüquq müdafiəçiləri ilə əməkdaşlıqdan yayınıb və ümumiyyətlə mandatı çərçivəsində ölkəyə gəlməyib.
Desteks cəmi bir dəfə, 2016-cı ilin iyununda Formula 1 yarışlarının açılışı zamanı Bakıya gəlib və yalnız rəsmi şəxslərlə görüşüb, deyə müraciətdə bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun