İlham Əliyev ABŞ-ın Baş Qərargah rəisini qəbul edib

İlham Əliyev ABŞ-ın Baş Qərargah rəisini qəbul edib
16 Fevral 2017
Mətni dəyiş
Prezident İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Joseph Dunford-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərtac xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.
General Joseph Dunford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib. Azərbaycana Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
İki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun