"Heykəl məhbusları"nın vəkilləri beynəlxalq təşkilatlara müraciət ediblər

"Heykəl məhbusları"nın vəkilləri beynəlxalq təşkilatlara müraciət ediblər
1 Fevral 2017
Mətni dəyiş
NİDA Vətəndaş Hərəkatının üzvləri, heykəl məhbusları Qiyas İbrahimov və Bayram Məmmədovun vəkilləri Elçin Sadıqov və Zibeydə Sadıqova beynəlxalq təşkilatlara müraciət ediblər.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədəki səhifəsində yazıb. Onlar Avropa Məhkəməsində işlərin növbədənkənar baxılması üçün müraciət ediblər. Müraciətin mətnini təqdim edirik:
1. İbrahimov Qiyas Həsən oğlunun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrində göstərilən hüquqlarının pozulması ilə bağlı şikayəti Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş və şikayətə 63571/16 İbrahimov v. Aze nömrəsi verilmişdir.
2. İbrahimov Qiyas Həsən oğlunun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 6-cı, 10-cu və 18-ci maddələrində göstərilən hüquqlarının pozulması ilə bağlı şikayəti Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş və şikayətə 2890/17 İbrahimov v. Aze nömrəsi verilmişdir.
3. Məmmədov Bayram Fərman oğlunun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrində göstərilən hüquqlarının pozulması ilə bağlı şikayəti Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş və şikayətə 74143/16 Mammadov v. Aze nömrəsi verilmişdir.
4. Məmmədov Bayram Fərman oğlunun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 6-cı, 10-cu və 18-ci maddələrində göstərilən hüquqlarının pozulması ilə bağlı şikayəti Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş və şikayətə 2883/17 Mammadov v. Aze nömrəsi verilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 36-cı maddəsinə əsasən palataların birində və ya Böyük Palatada olan bütün işlərdə vətəndaşı şikayətçi olan razılığa gələn hər bir Yüksək Tərəfin yazılı qeydlər təqdim etmək və dinləmələrdə iştirak etmək hüququ vardır. Ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi naminə məhkəmənin sədri işdə tərəf olmayan istənilən razılığa gələn rərəfi və ya şikayətçi olmayan istənilən maraqlı şəxsi yazılı qeydlər təqdim etmək və ya dinləmələrdə iştirak etmək üçün dəvət edə bilər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Reglamentinin 41-ci qaydasına əsasən palata şikayətlərə növbəlilik qaydasında baxır, həmin qayda şikayətlərin baxılmağa hazır olması ilə müəyyən edilir. Lakin o, üstünlük qaydasında konkret şikayətin araşdırılması haqqında qərar qəbul edə bilər.
Göstərilənlərə əsasən beynəlxalq təşkilatlardan və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlardan, beynəlxalq qeyri hökümət təşkilatlarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin icraatında olan 63571/16 İbrahimov v. Aze, 2890/17 İbrahimov v. Aze , 74143/16 Mammadov v. Aze, 2883/17 Mammadov v. Aze işləri üzrə üçüncü tərəf kimi qoşulmağı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 63571/16 İbrahimov v. Aze, 2890/17 İbrahimov v. Aze , 74143/16 Mammadov v. Aze, 2883/17 Mammadov v. Aze işlərinə üstünlük (növbədənkənar) baxması üçün müraciət etmələrini xahiş edirik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun