Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək.
Abzas.net xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər fevralın 12-də başlayıb 13-də başa çatacaq.
Xarici işlər naziri Mixeil Canelidze-nin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyi bildirilir.
Nazirlərin səfərin sonunda da birgə brifinq keçirəcəkləri gözlənir.