15 Fevral 2017
Mətni dəyiş
Monteneqro prezidenti Filip Vujanovic və xanımı Svetlana Vujanovic V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən abzas.net-ə verilən məlumata görə, komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 16-17-də keçiriləcək.
V Qlobal Bakı Forumunda Makedoniya Prezidenti George İvanov, Latviya Prezidenti Raimonds Vējonis, Albaniya Prezidenti Bujar Nishani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Monteneqro Respublikasının Prezidenti Filip Vujanovic ötən il keçirilən IV Qlobal Bakı Forumunda da iştirak edib.