"Faiq Əmirlinin müalicəsi səmərə vermir"

"Faiq Əmirlinin müalicəsi səmərə vermir"
3 Fevral 2017
Mətni dəyiş
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhətində ciddi problemlər qalmaqda davam edir. Onun müalicəsi səmərə vermir”.
Bu haqda fevralın 3-də onunla görüşən vəkili Aqil Layıc məlumat verib.
"Azadlıq Radiosu"-nun məlumatına görə, vəkil deyib ki, Faiq Əmirlinin səhhətində ciddi problemləri var.
“Müəssisədə aldığı müalicə effektini vermir. Yenə də yemək yeyəndə qaytarır”, vəkil bildirib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti F. Əmirlinin sağlıq durumu ilə bağlı suallara cavab verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun