Faiq Əmirli ev dustaqlığına buraxılmayıb

Faiq Əmirli ev dustaqlığına buraxılmayıb
16 Fevral 2017
Mətni dəyiş
Bakı Apellyasiya Məhkəməsi fevralın 16-sı "Azadlıq" qəzetinin keçmiş yayım direktoru Faiq Əmirlinin sağlıq problemi ilə bağlı ev dustaqlığına buraxılması barədə şikayətini təmin etməyib.
Bunu AzadlıqRadiosuna F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.
Vəkil F.Əmirlinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsini əsassız sayıb: "Biz ümidli idik ki, dövlət başçısının cəzanın humanistləşdirilməsi ilə bağlı fərmanından irəli gələrək bu addımı ata bilərlər, amma olmadı".
Vəkil F.Əmirlinin azad edilməməsindən ötrü məhkəmənin gətirdiyi arqumentləri ümumi şablon yanaşma kimi dəyərləndirib: "Nə bilim deyirlər ki, F.Əmirli qaça bilər, istintaqa təzyiq edə bilər və s. Daha qəbul etmək istəmirlər ki, F.Əmirli ictimai imici olan şəxsdir. Digər tərəfdən F.Əmirli hansı imkanlara sahibdir ki, istintaqa təsir göstərə bilsin".
AXCP sədrinin köməkçisi F.Əmirli mədə xəstəliyindən əziyyət çəkir. Həbs olunduqdan sonra xəstəliyinin daha da ağırlaşdığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun