12 Fevral 2017
Mətni dəyiş
"Facebook" beta istifadəçilərinə gətirdiyi yeni yeniləmə ilə "Instagram"-dakı kimi "kəşf edin" xüsusiyyətini yaradıb.
NTV xəbər verir ki, "Facebook" yeniləməni hələlik beta istifadəçilərinə təqdim edib.
"Instagram"-ın "kəşf et" bölməsi kimi çalışan bu hissədə sizin bəyəndiyiniz səhifə və paylaşımlara görə səhifə və ya paylaşımlar təklif edilir.
Yeniləmədən sonra ekranın alt tərəfində "Ana Səhifə" və "Kəşf et" deyə iki bölmə görünür. Bu iki bölməyə ekranı sağa və ya sola sürüşdürərək, ya da yazıların üzərinə basaraq keçə bilirsiniz.
"Kəşf et" bölməsinə keçdiyinizdə isə bəyənməmiş olduğunuz, ancaq xoşunuza gələ biləcək paylaşımlar sıralanır.