17 Fevral 2017
Mətni dəyiş
Meydan TV-nin direktoru Emin Milli həyatının təhlükədə olduğunu bildirir. O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Emin Milli deyir ki, Avropa Parlamentindəki son çıxışından sonra bir neçə etibarlı mənbədən məlumat əldə edib:
"Məlumata görə, Azərbaycanın xüsusi xidmət orqanları Almaniyaya bir qrup idmançı göndərib ki, şəxsən mənə hücüm etsinlər. Mənbələrdən biri bir neçə il öncə Həbib Müntəziri (Hebib Müntezir) öldürmək üçün diplomat/agent Tural Qurbanovun Almaniyaya göndərildiyini deyən şəxsdir. Son dəfə bu plan göndərilən insanın ölümü ilə nəticələndi".
Emin Milli həmin şəxslərə ismarıc da yollayıb:
"Bu hadisə göstərdi ki, hökumət oz qullarına və nökərlərinə daha çox nifrət edir və onları hər an öldürməyə, yaxud həbs etməyə hazırdır. Ona görə də Tural Qurbanovun aqibətini unutmayın.
İndi mənim sözüm bu bir qrup idmançıya və agentlərədir. Alman polisinə sizin haqqınızda ətraflı məlumat verilib. Bu, o deməkdir ki, artıq burda polis sizi axtarır və həyatınız təhlükədədir. Ötən dəfəki kimi hökumət sizi fiziki olaraq məhv edəcək və ya burda həbs olunacaqsız. Sizi cinayətə təhrik edirlər. Ancaq başqa yolunuz da var. Siz bu barədə hüquq-mühafizə orqanına və ya mənə məlumat verə bilərsiz. Sizin təhlükəsizliyinizin və həyatınızın qorunmasının təşkil edilməsində kömək də edərik. Sistemin növbəti qurbanına çevrilməyin".