Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
18 Fevral 2017
Mətni dəyiş
Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleşcanu ilə görüşüb.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub. İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov bu layihələrin Rumıniya üçün faydalı ola biləcəyini söyləyib.
Daha sonra nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun