Edgars Rinkēvičs: "Biz ərazi bütövlüyü prinsipinə sadiqik"

Edgars Rinkēvičs: "Biz ərazi bütövlüyü prinsipinə sadiqik"
14 Fevral 2017
Mətni dəyiş
Azərbaycan və Latviya hökumətləri arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi barədə razılıq əldə olunub.
APA xəbər verir ki, fevralın 13-də "Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında" saziş imzalanıb. Sənədə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Edgars Rinkēvičs imza atıblar.
“Azərbaycan-Latviya münasibətləri strateji xarakter daşıyır”.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Latviyalı həmkarı Edgars Rinkēvičs görüşdən sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, bu il həmçinin yüksək səviyyədə danışıqlar aparılacaq.
Nazir görüşdə Avropa Birliyi (AB) çərçivəsində əməkdaşlığın müzakirə edildiyini də deyib. “AB ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar başlayır. Azərbaycan 9 AB ölkəsi ilə strateji tərəfdaşdır. Bu yeni saziş strateji tərəfdaşlıq üçün yaxşı baza yaradır”.
Edgars Rinkēvičs isə deyib ki, Azərbaycanla Latviya arasında intensiv dialoq aparılır".
Nazir Latviyanın Avropa Birliyi ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istədiyini bildirib: "Hesab edirik ki, tərəflər arasında münasibətlər strateji əməkdaşlığa əsaslanmalıdır. Biz "Şərq tərəfdaşlığı" çərçivəsində sammitə hazırlaşırıq. Tam əmin deyilik, amma çalışacağıq ki, o sammitə kimi bu sənəd imzalansın".
Azərbaycan xarici işlər naziri isə münaqişələrə toxunub:
“Latviya Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu, hazırkı çağırışlar və təhdidlər baxımından son dərəcə vacibdir”, - deyə E. Məmmədyarov vurğulayıb.
Edgars Rinkēvičs isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll oluna bilər. “Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun