Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq

Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq
19 Fevral 2017
Mətni dəyiş
Bundan sonra Bakıda və Azərbaycanın digər şəhərlərində  satılan dərmanların qiyməti birbaşa dolların məzənnəsindən asılı olacaq.
Fins.az xəbər verir ki, Tarif Şurası dərmanların qiymətlərinin tənzimlənməsi barədə  yeni qaydaları təsdiq edib.
Həmin qaydalara görə, dərmanların qiymətini Tarif Şurası birbaşa müəyyən etməyəcək və o, topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Özü də ticarət marjası alış qiyməti artıqca azalacaq.
Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər. Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marjası nisbətən  yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir. 50-100 manat arasında 13 faiz, 100 manatdan yuxarı isə 11 faiz olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun